Kristiano Ronaldo rəsmən "Yuventus"da!

Madridin "Real" klubunun futbolçusu Kriştiano Ronaldonun "Yuventus"a keçidi rəsmiləşib.  

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı "kral klubu"nun rəsmi saytı yayıb.  Turin klubu 33 yaşlı oyunçuya görə "Real"a 105 milyon avro ödəyəcək. Hücumçu yeni klubunda 7 nömrəli forma altında çıxış edəcək. Portuqaliya millisinin üzvü "Yuve"də ilinə 30 milyon avro alacaq. Ronaldo yeni klubu ilə 4 illik sözləşmə imzalayıb. 

Ulduz futbolçu "Yuventus"a keçidini belə şərh edib: "Real"da möhtəşəm illər keçirdim. Mən gedirəm, amma klubda hər şey olduğu kimi qalacaq. Hər zaman özümü bu klubun bir parçası kimi hiss edəcəyəm. Ayrılıram, amma yaşasın Madrid!". 

Qeyd edək ki, Kristiano Ronaldo "Real"a 2009-cu ildə "Mançester Yunayted"dən keçib.  Ronaldo "Real"da keçirdiyi 438 matçda 459 qol vurub və 119 məhsuldar ötürmə ilə yadda qalıb.  O, "kral klubu"nda 4 dəfə Çempionlar Liqasının, 2 dəfə La Liqanın, 2 dəfə Kral Kubokunun və 2 dəfə İspaniya Super Kubokunun qalibi olub.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right