"Mbappe uşaq vaxtı videolarımı izlədiyini dedi" Eden Hazard

Belçika millisinin kapitanı Eden Hazard DÇ-2018-in yarımfinalında Fransa ilə oyundan öncə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı futbolçu Fransa millisinin gənc hücumçusu Kilian Mbappeni tərifləyib: "Mbappe ilə bir neçə dəfə telefonla danışmışam. Kilian uşaq vaxtı videolarımı izlədiyini dedi. Yaşlı olub-olmadığımdan tam əmin deyiləm. Əminəm ki, o qədər də yaşım çox deyil. İndi mən Mbappenin videolarını izləyirəm. Ona və bacarığına hörmətim var. Müasir futbolda ilk dəfə bu şəkildə inkişaf edən futbolçu görürük. Oynadığı futbola baxsaq, "Qızıl top"u qazancaq potensiala sahib olduğunu deyə bilərik. O, indidən bunu haqq edir".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right