Ronaldonun taleyinə aydınlıq gəlir

"Real"da Kriştiano Ronaldonun gələcəyi bəlli deyil.

Newsport.az-ın məlumatına görə, "kral klubu"nda bu gün toplantı olacaq. 33 yaşlı ulduzun agenti Jorje Mendeşlə Madrid təmsilçisinin prezidenti Florentino Peres bir araya gələcəklər. Peres agentlə portuqaliyalı ulduzun "Real"da qalmasını müzakirə edəcək. Mendeş "Yuventus"un 100 milyon avrluq təklifi Peresə təqdim edəcək. Müzakirələrdən sonra Ronaldo ilə bağlı yekun qərar veriləcək.

Qeyd edək ki, "Yuventus" Ronaldoya 4 illik müqavilə və bu müddət ərzində 120 milyon avro maaş təklif edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right