"Əlimdən gələni edəcəm" - Ramil Şeydayev

Millimizin üzvü Ramil Şeydayev "Trabzonspor"ün düşərgəsində məşqlərini davam etdirir.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Ünal Karaman razılıq versə, Şeydayev "bordo-mavililər"də qalacaq. Əks təqdirdə, 22 yaşlı forvardın icarəyə veriləcəyi ehtimal edilir. Millimizin üzvü komandanın çalışdırıcısına ona şans verdiyi üçün təşəkkür edib: "Baş məşqçinin mənə güvənməsinə xoşbəxt oldum. Əlimdən gələni edəcəm".

Qeyd edək ki, Ramil Şeydayevin Avstriyanın "Mattersburq" klubuna keçidi reallaşmamışdı. Məlumata görə, Bundesliqa təmsilçisi Şeydayev üçün yenidən hərəkətə keçib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right