Araz Abdullayev "Panionios"dan qaçdı ŞOK TƏFƏRRÜAT

Yunanıstanın "Panionios" klubu ilə müqavilə imzalayan Araz Abdullayev Bakıya qayıdıb.  

Newsport.az xəbər verir ki, 26 yaşlı Yunanıstan təmsilçisindən ayrılıb. Əldə etdiyimiz məlumata görə, futbolçu şəxsi problemlərini əsas gətirərək, Bakıya geri dönüb. Belə ki, futbolçumuz "Panionios"un heyətində cəmi 1 məşq edib və məşqçi ilə danışdıqdan sonra geri dönüb.  

Onun "Panionios" klubunun düşərgəsinə qayıtmayacağı dəqiqdir. O, şəxsi instagram hesabında "Panionios"la bağlı paylaşdığı şəkli də silib.  

Qeyd edək ki, Araz Abdullayev "Panionios"la 2 illik müqavilə imzalamışdı. Yunanıstan klubu Araza görə Qəbələyə 80 min dollar ödəyib (Futbol11.az).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right