Sampaoli Argentina millisində qaldı

Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli vəzifəsində qalacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə qərar Argentina Futbol Federasiyasının prezidenti Kladio Tapieylə görüşdən sonra verilib.

DÇ-2018-dəki uğursuz çıxışdan sonra Sampaolinin istefaya göndəriləcəyi gözlənilirdi. Lakin onun Argentina ilə 5 illik müqaviləsi olduğundan federasiya üçün bu qərarı vermək asan deyil. Sampaolinin müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi halda ona 8 milyon avro təzminat ödənməlidir.


Qeyd edək ki, 58 yaşlı mütəxəssis 2017-ci ildən Argentina yığmasını çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right