"Qarabağ"ın keçmiş baş məşqçisi İspaniya klubunda FOTO

Ötən il "Qarabağ”ın U-17 komandasının baş məşqçi postundan ayrılan Pablo Ximenesin yeni iş yeri bəlli olub.

Newsport.az saytının məlumatına görə, ispaniyalı məşqçi ölkəsində çalışacaq. Mütəxəssis İspaniya III Liqasında çıxış edən "Atletiko Saquntino" klubu ilə münasibətlərini rəsmiləşdirib. Pablo Ximenes yeni komandasında idman direktoru vəzifəsini icra edəcək.

Qeyd edək ki, Ximenes 2016-ci ilin sentyabrında “Qarabağ”a gəlmişdi. O, daha öncə "Hurakan"da da çalışıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right