"Şaxtyor" sabiq "Qəbələ"lini göndərdi

"Qəbələ"nin sabiq futbolçusu Ruslan Fominin yeni klubu müəyyənləşib.

Newsport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu Donetsk “Şaxtyor”undan ayrılıb və Ukraynanın digər Premyer Liqa klubu "Mariupol"a keçib. Transferin detalları haqda açıqlama verilməyib.

Qeyd edək ki, Ruslan Fomin "Qəbələ"yə 2015-ci ilin qış transfer pəncərəsində keçmişdi. Ukraynalı futbolçu 16 oyuna qol vura bilməmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right