“Millidən gedişimi əvvəldən planlaşdırmışdım” Səmədov

Aleksandr Səmədov Rusiya millisində karyerasını başa vurmasından danışıb.

Newsport.az saytının məlumatına görə, əslən azərbaycanlı olan 33 yaşlı futbolçu yığmadan getməyə daha əvvəl qərar verdiyini bildirib:

“Millidə gedişimi əvvəldən planlaşdırmışdım. 2 həftə sonra 34 yaşım tamam olacaq. Getmək üçün münasib vaxt olmalıdır. Düşünürəm ki, indi ideal məqamdır. 

Biz dünya çempionatında layiqli şəkildə mübarizə apardıq. Ailəm var və uşaqlarıma daha çox vaxt ayırmaq istəyirəm. Üstəlik, avqustda üçüncü övladım dünyaya gələcək. Artıq getmək vaxtıdır. Daha əvvəlki kimi gücüm yoxdur. 


Xorvatiya ilə oyundan sonra məşqçilər korpusuna minnətdarlıq etdim. Birgə unudulmaz 2 il keçirdik. Bu, mənim üçün millidəki ən yaxşı dövr idi. Konfederasiyalar Kuboku, dünya çempionatı – bu turnirlərdə oynamaq möhtəşəm idi”. 

Xatırladaq ki, Rusiya millisi 1/4 finalda Xorvatiyaya oyunsonrası penaltilərlə 3:4 hesabı ilə (əsas və əlavə vaxt 2:2) uduzaraq DÇ-2018-də çıxışını başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right