"Barselona"nın futbolçusu yenidən "Çin karvanı"na qoşuldu

"Barselona"nın yarımmüdafiəçisi Poulinyo karyerasını yenidən Çində davam etdirəcək.

Newsport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü sabiq klubu "Quançjou Everqrand" klubuna keçib. O, yeni klubunda icarə əsasında çıxış edəcək. 29 yaşlı futbolçu 1 il müddətinə 14 milyon avro məvacib alacaq. Çin klubu Paulinyonu mövsümün sonunda 50 milyon avro ödəyərək, transfer edəcək.

Xatırladaq ki,  “Barselona” Paulinyonu ötən il “Quançjou Everqrand”dan 40 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right