“Trabzonspor” rəsmisi: “Şeydayev baş məşqçinin tələbi ilə qaytarıldı”

“Trabzonspor”da prezidentin məsləhətçisi Özkan Sümer açıqlama verib.

Newsport.az-ın məlumatına görə, klub rəsmisi millimizin hücumusu Ramil Şeydayevin gələcəyi ilə bağlı danışıb. Sümer 22 yaşlı hücumçunun klubdakı taleyinin baş məşqçidən asılı olduğunu deyib:

"Baş məşqçi razı qalsa, o qalacaq. Çünki maaşı yüksək deyil. Onsuz da, Ramil baş məşqçinin tələbi ilə buradadır. Hazırda klubun düşərgəsindədir. Toplanış bitdikdən sonra onun komandada qalıb-qalmayacağına qərar veriləcək”.

Qeyd edək ki, Şeydayevin Avstriyanın "Mattersburq" klubu ilə son anda anlaşa bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right