Ramil Şeydayevin "Trabzonspor"dakı maaşı açıqlandı

“Trabzonspor”un futbolçularının illik məvacibi açıqlanıb.

Newsport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin də qazancı bəlli olub.

Həmyerlimiz “bordo-mavililər”də qalsa, ilinə 400 min avro maaş əldə edəcək. Bu isə komandada ən aşağı 4-cü göstəricidi. Şeydayev yalnız Kamil Çörəkçi, Abdulkadir Ömür və Yusuf Yazıcını qabaqlayır.

Qara dəniz təmsilçisində ən yüksək məvacibli oyunçu Burak Yılmazdı. Türkiyə millisinin hücumçusu il ərzində 3 milyon 550 min avro qazanır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right