İqnaşeviç karyerasını başa vurdu

Rusiya milli komandasının və Moskva MOİK-inin müdafiəçisi Sergey İqnaşeviç futbolçu karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, təcrübəli müdafiəçi qərarını dünya çempionatının 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzduqları görüşdən sonra açıqlayıb.

Qeyd edək ki, İqnaşeviç millidə 127 oyuna 7 qol vurub. MOİK-də isə o, 2004-cü ildən çıxış etməyə başlayıb. Mərkəz müdafiəçisi 14 il ərzində 381 oyuna 35 qol vurub. İqnaşeviç Moskva təmsilçisi ilə 1 UEFA Kuboku, 5 Rusiya çempionluğu, 6 ölkə kuboku və 6 Super Kubok qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right