Qazzayev Qolovinin yeni klubunun adını açıqladı

DÇ-2018-də Rusiya millisinin heyətində diqqət mərkəzində olan Aleksandr Qolovin haqda yeni iddia yayıldı.

Newsport.az-ın məlumatına görə, Moskvanın ÇSKA klubunun sabiq baş məşqçisi Valeri Qazzayevin sözlərinə görə, 22 yaşlı yarımmüdafiəçi İngiltərənin "Çelsi" klubu ilə anlaşıb: "Məlumatlarıma əsasə, Qolovin "Çelsi" ilə anlaşıb. Fikrimcə, İngiltərə Premyer Liqası onun üçün doöru seçim oldu. Orada özünü inkişaf etdirəcək".

ÇSKA-nın "Çelsi"dən bu keçid üçün 27 milyon avro təzminat alacağı haqda xəbərlər yayılıb.

Qeyd edək ki, Qolovinin ÇSKA ilə 2021-ci ilə kimi müqaviləsi var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right