Stanislav Çerçesov: "Azarkeşlər bizə güvənmirdi"

"Özümüzə güvəndik. Sadəcə, çalışaraq nələrsə qazanmağa çalışdıq. Azarkeşlər bizə güvənmirdi. İndi isə bizə aşiqdirlər. Belə bir oyunu uduzduğumuz üçün üzgünəm, çünki futbolçularım daha yaxşısına layiq idi. Ən yaxşı futbolçulara sahib deyildik, amma ən yaxşı komanda idik. Bütün futbolçularım hörmətə layiqdir. Hamısı maksimum performans sərgilədi".

Newsport.az-ın məlumatına görə, bu sözləri DÇ-2018-in 1/4 final mərhələsində Xorvatiyaya məğlubiyyətdən sonra Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis komandasının mundialdakı çıxışını dəyərləndirib:

“Millidən təklif aldığım ilk andaca bunu qəbul etməyə hazır olduğumu hiss etdim. İndi özümüzü orduya çağırılan əsgər kimi hiss edirik. Bu gün “dembel” olduq, ancaq daha çox xidmət edib vuruşmaq istərdik. İyulun 15-nə kimi məmnuniyyətlə vətənə xidmət edərdik. Bizi qarşıda Millətlər Liqası gözləyir. Belə şeyləri proqnozlaşdırmaq olmur. Bugünkü gündə maksimumu etdik. Uşaqlar layiqli mübarizə apardılar, ancaq bəxtimiz sonadək gətirmədi. İndi hər şeyi sakit tərzdə analiz etmək lazımdır. Komandada tez-tez dəyişikliklər olur. Ona görə də hər şeyi əvvəlcədən planlaşdırmaq olmaz”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right