"İngiltərə millisinin baş məşqçisi olduğum üçüm qürur hissi keçirirəm" Qaret Sautqeyt

"İngiltərə millisinin baş məşqçisi olduğum üçüm qürur hissi keçirirəm. Çox xoşbəxtəm. Matçdan əvvəl oyunçularımla danışmışdım. Heç kim evə qayıtmağa hazır deyildi. Biz Rusiyada həftələrlə qalmaq istəyirdik. Bunu da etdik".

Newsport.az-ın məlumatına görə, bu sözləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ-2018-in 1/4 finalında İsveçə 2:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Biz tərəqqi edən komandayıq. Hamı 200 faizi ilə çalışır. İngiltərənin müvəffəqiyyət qazanmasının səbəbi mehriban komandanın olmasıdır. Bəli, bizdə dünya səviyyəsində çox oyunçu yoxdur. Amma biz gənc oyunçulara sahibik. Onlar özünü yüksək səviyyədə göstərirlər. Bizə kömək edən hər kəsə təşəkkür edirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right