"Öz futbolumuzu göstərə bilmədik” Yanne Andersson

“Çox yaxşı rəqiblə qarşılaşdıq. Öz futbolumuzu göstərə bilmədik. İlk yarım saatda oyuna biz nəzarət etdik. Amma İngiltərə künc zərbəsindən qol vurdu".

Newsport.az-ın məlumatına görə, bu sözləri İsveç millisinin baş məşqçisi Yanne Andersson DÇ-2018-in 1/4 finalında İngiltərəyə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Britinayaılılar çox yaxşı müdafiə olunurdular. Ən azı 3 qol şansımız oldu. Amma təəssüf ki, bunu reallaşdıra bilmədik. Buna baxmayaraq, İngiltərə qələbəyə layiq idi. Buna görə onlar dünya çempionatının yarımfinalına çıxdılar". 

Y.Andersson İngiltərənin çempion olmağa  layiq olduğunu söyləyib: "Çox yaxşı təşkil olunmuş  komandadır. Onlara qarşı oynamaq çox çətindir.  Sautqeyt və futbolçular ağıllı və güclüdürlər. İngiltərə ən azı finalda oynayacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right