“Qarabağ”ın rəqibi Misir klubu ilə bacarmadı

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Sloveniyanın “Olimpiya” klubu daha bir yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, Lyublyana təmsilçisi bu dəfə Misirin “Əl-Əhli” klubu ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib. Hesabı 50-ci dəqiqədə penalti zərbəsi ilə Sloveniya çempionunun üzvü Brkiç açıb. Lakin misirlilər 71-ci dəqiqədə məğlubiyyətdən xilas ola biliblər.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasındakı oyunlar iyulun 11-də və 18-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right