Şeydayevin “Mattersburq”a keçidi alınmadı

Millimizin hücumçusu Ramil Şeydayevin “Mattersburq”a keçidi gerçəkləşməyib.

Newsport.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, “Trabzonspor”un yolları ayırmağa hazırlaşdığı 22 yaşlı hücumçunun Avstriya klubu ilə danışıqları müsbət nəticələnməyib. Buna görə də onun müqavilə ilə məxsus olduğu “Trabzonspor”un Sloveniyadakı toplanışına qatılacağı vurğulanıb.

Qeyd edək ki, R.Şeydayev ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right