"Təəssüf ki, Braziliya bizə müqavimət göstərə bilmədi" Roberto Martines

"Biz rəqib üzərində taktiki üstünlük əldə etməyə çalışdıq. Amma Braziliya ilə oynayırsansa, bunu asan həyata keçirə bilməzsən”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Belçika millisinin baş məşqçisi Roberto Martines DÇ-2018-in 1/4 finalında Braziliyaya qalib gəldikləri oyundan sonra deyib.

Rəqibdən aşkar üstün olduqlarını deyən ispaniyalı mütəxəssis yarımfinala adlamalarını belə şərh edib: 

“Braziliya 5 dəfə dünya çempionu olub. Bu komandaya qarşı oyunda cəsarətli olmaq lazım idi. Oyunçularımız riskə getdilər. Koutinyo, Neymar və Marseloya oynamağa imkan verməmi planlaşdırmışdıq. Düşünürəm ki, uşaqlar bunun öhdəsindən gəldi. Hətta təəssüf edirəm ki, rəqib bizə müqavimət göstərə bilmədi.


Bu gün mən dünyanın ən xoşbəxt adamıyam. Bu, taktiki oyun deyildi, bu, ürək, inam oyunu idi. Belçikada bütün insanlar öz futbolçuları ilə fəxr etmək və bu qələbəni bayram etmək haqqı var”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right