Araz Abdullayev rəsmən Yunanıstan klubunda!

"Qəbələ"dən ayrılan Araz Abdullayevin “Panionios”a transferi rəsmiləşib.

Newsport.az-ın məlumatına görə, millimizin üzvü bu gün tibbi müayinədən keçib və rəsmi sözləşmə imzalayıb. Lakin onun müqaviləsinin detalları haqda bilgi verilməyib.

Abdullayev son mövsümü icarə əsasında Kprin "Anortosis" klubunda keçirib.

Qeyd edək ki, "Panionios" 26 yaşlı yarımmüdafiəçi üçün yad klub deyil. Belə ki, o, 2012-ci ildə "Everton"dan Yunanıstan klubuna icarəyə verilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right