DÇ-2018: Xorvatiya və İngiltərə yarımfinalda Yenilənib

Futbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinin növbəti iki oyunu keçiriləcək.
 
Newsport.az-ın məlumatına görə, əvvəlcə İsveç və İngiltərə yığmaları üz-üzə gələcəklər. İsveç 1/8 finalda İsveçrəni 1:0 hesabı ilə üstələyib. İngiltərə isə əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matçda Kolumbiyanı penaltilər seriyasında məğlub edib.
 
Komandalar bu vaxta qədər dünya çempionatlarında 2 dəfə qarşılaşıblar. İlk dəfə 2002-ci il mundialında baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb. 2010-cu il mundialındakı görüş də bərabərliklə başa çatıb – 2:2. Dünya çempionatları tarixində 5 dəfə 1/4 finala vəsiqə qazanan İsveç yığması, 1938, 1958 və 1998-ci il mundiallarında isə yarımfinala yüksəlib. 1966-cı il mundialının qalibi olan İngiltərə, 2006-cı il dünya çempionatından sonra ilk dəfə ¼ final matçında çıxır. İngilislər 1990-cı il dünya çempionatından sonra bu mərhələni keçə bilmirlər.
 
Günün digər oyununda isə ev sahibi Rusiya ilə Xorvatiya yığması münasibətlərinə aydınlıq gətirəcək. Rusiya 1/8 finalda İspaniyanı, Xorvatiya isə Danimarkanı penaltilər seriyasında məğlub edib. Komandalar dünya çempionatları tarixində ilk dəfə qarşılaşacaqlar. Rusiya yığma SSRİ dağılandan sonra ilk dəfə bir mundialda ¼ finala yüksəlib. Xorvatiya isə 1998-ci il mundialında Almaniyanı məğlub edərək yarımfinala vəsiqə qazanıb.
 
 
Dünya çempionatı

1/4 final 

7 iyul
 
 

18:00. İsveç – İngiltərə - 0:2
Qollar: 
Harri Maquir, 30, Dele Alli, 59
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Samara. “Kosmos Arena”

22:00. Rusiya – Xorvatiya - 2:2 (Penaltilər seriyası - 3:4)
Qollar: 
Çerışev, 31 (1:0), Kramariç, 39 (1:1), Vida, 101 (1:2), Mario Fernandes, 115 (2:2)
Baş hakim: Sandro Rikki (Braziliya)
Soçi. “Fişt” stadionu

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right