İbrahim Şehiçin yeni klubu rəsmən açıqlandı FOTO

“Qarabağ”ı tərk edən İbrahim Şehiçin yeni klubunun adına rəsmən aydınlıq gəlib.  

Newsport.az-ın məlumatına görə, Bosniya və Herseqovina milli komandasının üzvü karyerasını Türkiyədə davam etdirəcək.

O, bir müddətdir danışıq apardığı “Ərzurumspor”la münasibətlərini rəsmiləşirib.  29 yaşlı futbolçu Superliqa təmsilçisi ilə 2 illik sözləşmə imzalayıb. 

Sehiç “Ərzurumspor”da ilinə 325 min avro qazanacaq. 

Qeyd edək ki, Şehiç 2013-cü ildən “Qarabağ”da çıxış edirdi. O, komandanın heyətində 120 oyun keçirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right