Sxadadze Fransa klubu ilə müqavilə imzaladı

Gürcüstan milli komandasının keçmiş üzvü Baçana Sxadadze karyerasını Fransada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı futbolçu Fransanın ən köklü klublarından biri olan “Bastia” ilə müqavilə imzalayıb.

Məşhur gürcüstanlı məşqçi Kaxaber Sxadadzenin oğlu Fransanın III liqasında mübarizə aparan klubla 1 illik sözləşmə imzalayıb. Sxadadzenin son klubu “Rustavi” olub. Hücumçu ölkəmizdə “İnter” (hazırkı “Keşlə”) və “Simurq” kimi komandalarda forma geyinib.  Baçana “İnter”in heyətində 116, icarə əsasında çıxış etdiyi “Simurq”un heyətində isə 8 oyun keçirib. 

Baçana “İnter”dən ayrıldıqdan sonra “Flamurtari” (Albaniya), “Lokomotiv” (Tbilisi), “Smatredia” və “Çixura” kimi komandalarda forma geyinib. Hücumçu Gürcüstan millisinin heyətində 5  qarşılaşmada iştirak edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right