Araz Abdullayevin Yunanıstan klubuna keçidi rəsmiləşir

Araz Abdullayevin “Panionios”a transferi bu gün gerçəkləşəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı Yunanıstan mətbuatı yayıb. Millimizin üzvü bu gün Yunanıstanda tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Abdullayev son mövsümü icarə əsasında Kprin "Anortosis" klubunda keçirib.

Xatırladaq ki, "Panionios" 26 yaşlı yarımmüdafiəçi üçün yad klub deyil. Belə ki, o, 2012-ci ildə "Everton"dan Yunanıstan klubuna icarəyə verilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right