Braziliya millisində itki

Braziliya milli komandasının futbolçusu Danilo Rusiyada keçirilən dünya çempionatının sonunadək sıradan çıxıb. 
 
Newsport.az-ın məlumatına görə, səbəb 27 yaşlı müdafiəçi məşq vaxtı topuq nahiyəsindən xəsarət alıb. Mundialın sonunadək onun zədəsini sağalda bilməyəcəyi müəyyənləşib. Lakin "sambaçı" çempionatın sonunadək komanda ilə birgə qalacaq. 
 
Danilo DÇ-2018-də cəmi bir oyuna çıxıb. O, İsveçrə ilə 1:1 hesablı heç-heçə etdikləri ilk tur qarşılaşmasında 90 dəqiqə meydanda olub. Kosta-Rikanı 2:0 hesabı ilə yendikləri ikinci tur matçından əvvəl isə təcrübəli oyunçu zədələnib və bir daha çıxış etməyib. 
 
Braziliya yığması 1/4 finalda Belçika ilə üz-üzə gələcək. Bu gün Kazanda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. 
 
Qeyd edək ki, Danilo 2017-ci ilin yayında İspaniya "Real Madrid"indən İngiltərənin "Mançester Siti" klubuna keçib. O, ötən mövsüm 38 oyuna 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Braziliya yığmasında 2011-ci ilin sentyabrında debüt etmiş müdafiəçi 19 matça çıxıb. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right