“Kavani Fransaya qarşı oynamaq üçün hər şey edir”

Edinson Kavani dünya çempionatının 1/4 finalında Fransaya qarşı keçiriləcək görüşdə meydana çıxmaq üçün əlindən gələni edir.

Newsport.az-ın məlumatına görə, bu haqda Uruqvay millisinin baş məşqçisi Oskar Tabares açıqlama verib:

“Zədələndikdək sonra o, çox məyus olmuşdu. Kavani bizim üçün vacib futbolçudur. Üstəlik, o, hazırda əla formadadır. Portuqaliyaya qarşı çox yaxşı oynadı. Vurduğu 2 mükəmməl qolla Uruqvayın mübarizəni davam etdirməsində böyük rol oynadı. 


Qarşılaşmadan dərhal sonra Edinson zədəsinin bərpası üçün çalışır. O, Fransaya qarşı oynamaq üçün hər şey edir. Bunun reallaşıb-reallaşmayacağını dəqiq bilmirəm. Oyuna az qalmış hər şey məlum olacaq”. 

Qeyd edək ki, dubl etdiyi Portuqaliya ilə oyunda (2:1) zədələnən Kavani 74-cü dəqiqədə meydanı tərk etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right