Avrokuboklarda 4-cü əvəzetməyə icazə verildi

Klublar 2018/2019 mövsümündən etibarən Çempionlar Liqası və Avropa Liqası matçlarının əlavə vaxtlarında 4-cü əvəzetmədən istifadə edə biləcəklər.

Newsport.az-ın məlumatına görə, bu barədə UEFA-nın saytı məlumat yayıb. Yeni qaydalara əsasən, əsas vaxtda əvvəlki kimi 3 dəyişiklik edilə biləcək. Ancaq  əlavə vaxt olacağı təqdridə, 4-cü əvəzetməyə də icazə veriləcək.

Qeyd edək ki, əlavə vaxtda 4-cü əvəzetməyə ilk dəfə DÇ-2018-də icazə verilib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right