Newsport.az-ın məlumatına görə, Milan təmsilçisi Argentinanın "Rasinq" klubundan 20 yaşlı hücumçu Lautaro Martinesi 23 milyon avroya transfer edib. Klubun rəsmi saytının yaydığı məlumata görə, 20 yaşlı argentinalı forvardla 5 illik müqavilə imzalanıb.
"İnter" daha öncə Stefan de Vrey, Kvadvo Asamoa, Raca Nainqqolan və Matteo Politanonu rənglərinə bağlamışdı.