Uruqvayda Kavani şoku: Fransaya qarşı oynayacaq?

Uruqvay milli komandasının heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, komandanın əsas oyunçularından hesab edilən Edinson Kavani zədəlidi. Federasiyadan verilən açıqlamaya görə PSJ-nin forvardı 1/4 finalda Fransaya qarşı oynaya biləcək, amma onun start heyətdə yer alması çətin görünür.

Qeyd edək ki, Kavani DÇ-2018-in 1/8 final mərhələsində Portuqaliya ilə matçda (2:1) zədələnmişdi. O, komandasının son məşqində iştirak etməyib.

Xatırladaq ki, Fransa - Uruqvay qarşılaşması 6 iyul tarixində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right