“Qarabağ”la oyunda “Olimpiya”nın əsl gücünü göstərəcəyik” “Olimpiya”nın yeni transferi

"Olimpiya"ya gəldiyim üçün çox xoşbəxtəm. Komanda üzvləri ilə tez müddətdə görüşmək və adaptasiya olmaq istəyirəm".

Newsport.az saytının məlumatına görə, bu sözləri Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya”nın yeni transferi Matiç Çrniç deyib. 26 yaşlı sloveniyalı yarımmüdafiəçi "Qarabağ"a qarşı keçirəcəyi oyunlar haqda da danışıb:

"ÇL-də ilk oyunumuzu gözləyirik. Yaxşı nəticə qazanacağımıza inanıram. İnanıram ki, oyunları yüksək səviyyədə keçirəcəyik. Müsbət nəticəyə ümid edirik və "Olimpiya"nın əsl gücünü göstərəcəyik".

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında ilk oyun iyulun 11-də Lyublyanada keçiriləcək və Bakı vaxtı ilə 22:00-da start götürəcək. Bakıda keçiriləcək cavab matçı isə iyulun 18-i, saat isə 21:00-da baş tutacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right