"Aktyorluq etmək lazım deyil" Neymarı tənqid etdi

"Matçın hakimi qərarları Braziliyanın lehinə verdi. Biz oyuna nəzarət edirdik. Amma Neymara görə çox vaxt itirdik.  Neymar mütəmadi olaraq özünü yerə atırdı.  Bu, futbol üçün çox pis haldır. Görüşün tez-tez dayanması oyunçularıma  təsir etdi. Hakim isə baş verənlərə müdaxilə etmədi. Futbolda aktyorluq etmək lazım deyil".

Newsport.az-ın məlumatına görə, bu sözləri Meksika millisinin baş məşqçisi Xuan Karlos Osorio DÇ-2018-in 1/8 finalında Braziliya 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, komandası haqda müsbət fikirlər səsləndirib: "Braziliyaya qarşı oynadığımız oyunla Meksikanın yaxşı komanda olduğunu göstərdik. Ümid edirəm ki, oyunçularım Avropaya gəlməyə davam edəcək və hər həftə dünyanın ən yaxşı komandaları ilə qarşılaşacaq. Bununla da millimizi daha da inkişaf edəcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right