"Kuboku qazanmaq üçün buradayam" - Neymar

"Matçın ən yaxşı oyunçusu olduğumu hesab etmirəm. Bu qələbə bütün komandanın xidmətidir. Dünya çempionatında mübarizəni davam etdirdiyimiz üçün sevinirik. Oyunumdan məmnunam. Kuboku qazanmaq üçün buradayam".

Newsport.az-ın məlumatına görə, bu sözləri Braziliya millisinin futbolçusu Neymar DÇ-2018-in 1/8 finalında Meksikaya 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri görüşü şərh edərkən deyib.

26 yaşlı hücumçu onu özünü yerə atmaqla ittiham edən meksikalı azarkeşlərə də cavab verib: "Meksikalılar çox danışır. İndi onlar evlərinə gedirlər".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right