PSJ-dən açıqlama: "Bir milyard avroya Mbappeni satmarıq"

Madrid "Real"ının transfer hədəfində olduğu iddia oluna Kilian Mbappe üçün PSJ-dən açıqlama gəldi.

Newsport.az-ın xəbərinə görə, klubun sahibi Nasser Əl-Xələfi 1 milyard avroluq təklif gəlsə belə, fransalı hücumçunu satmayacaqlarını dilə gətirib:

"Mbappenin transfer qiymətini bilmək istəyirsiz? 1 milyar avrodan daha çox! Bəli, 1 milyard avro dedim. Bu məbləği versəz belə, Mbappeni satmayacağıq".

19 yaşlı gənc hücumçu DÇ-2018-də Fransanın heyətində 3 qol vurub və komandasının 1/4 finala yüksəlməsində böyük pay sahibi olub. Mbappe ötən mövsüm 21 qol vurub, 11 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right