Riçard Almeydanın yeni klubu bəlli oldu: 3 illik müqavilə imzaladı!

Azərbaycan milli komandasının üzvü Riçard Almeydanın yeni klubu rəsmən müəyyənləşib.

Newsport.az-ın xəbərinə görə, “Qarabağ”da keçirdiyi 5 illik parlaq mövsümdən sonra Almeyda Qazaxıstan çempionatına üz tutub. Yarımmüdafiəçi Azərbaycan futboluna çox tanış sima olan Roman Qriqorçukun başçılıq etdiyi Astana klubu ilə 3 illik  müqaviləyə qol çəkib. İlk il üçün müqavilənin dəyəri 1 milyon avrodur. 

Məsələ burasındadır ki, “Astana” Riçardın xidmətində 3 həftədir ki, maraqlı idi. Lakin Avropada oynamaq istəyən braziliyalı onların təklifinə müsbət cavab vermirdi. Nəhayət, bu gün səhər saatlarında yekun danışıqlar olub və Riçardla klub arasında 3 illik sözləşmə imzalanıb. (Futbol11.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right