“Bu, böyük uğurdu” - Syomin

Moskva “Lokomotiv”inin baş məşqçisi, “Qəbələ”nin sabiq çalışdırıcısı Yuri Syomin Rusiya millisinin dünya çempionatında 1/4 finala yüksəlməsindən danışıb.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis qazanılan uğuru səbr və yüksək fiziki hazırlıqla əlaqələndirib:

“Bu, böyük uğurdur. İndi hər kəs qələbəni bayram etməlidir. Məşqçilər korpusuna və futbolçulara təşəkkür edirəm. Biz dünyanın ən güclü 8 komandası arasındayıq. Ən vacib olan məhz budur. Millimiz xalqa bayram yaşatdı. 


Biz ispanların həddindən artıq çətin rəqib olduğunu düşünürdük. Lakin hər şey yaxşı qurtardı. Səbr və yaxşı fiziki hazırlığın sayəsində qələbə qazandıq. Artıq növbəti oyuna komanda çox asan hazırlaşacaq. Bugünkü qələbə futbolçuların əhval-ruhiyyəsini daha da artıracaq”. 

Qeyd edək ki, penaltilər seriyasında İspaniya üzərində 4:3 hesablı qələbə qazanan (əsas vaxt 1:1) Rusiya millisi dünya çempionatında 1/4 finala yüksəlib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right