Dünya çempionatları tarixində rekord

Hazırda DÇ-2018-in 1/8 final mərhələsi çərçivəsində davam edən Xorvatiya - Danimarka matçında rekord qeydə alınıb. 

Newsport.az-ın məlumatına görə, matçda hesab ilk dəqiqədə açılıb. Matias Yorgensen Danimarka millisini hesabda önə keçirib.

Lakin skandinaviyalıların sevinci çox çəkməyib. Artıq 4-cü dəqiqədə Mario Mandjukiç xorvatların cavab qolunu vurub. Hər iki komandanın fərqlənməsi üçün cəmi 217 saniyə tələb olunub ki, bu vaxta qədər belə erkən qarşılıqlı qollar dünya çempionatının tarixində olmamışdı.

Qeyd edək ki, hazırda qarşılaşmada əlavə vaxt oynanılır və hesab hələ də 1:1-dir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right