"Beşiktaş" AFFA-nın milliləşdirmək istədiyi futbolçunu transfer edir

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Ozan Can Kökçünün qardaşı Orkun Kökçü karyerasını Türkiyədə davam etdirə bilər. 

Newsport.az-ın məlumatına görə, "Feyenoord"un futbolçusu "Beşiktaş" klubunun maraq dairəsinə düşüb.  

"Qara-qartallar" 17 yaşlı yarımmüdafiəçiyə təklif göndərib. "Feyenoord" akademiyasının ən istedadlı futbolçularından olan Orkunun "Beşiktaş"a üz tutacağı inandırıcı deyil. Orkun ötən mövsüm "Feyenoord"un gənclərdən ibarət komandasının heyətində 41 matçda iştirak edib və 17 qolla yadda qalıb.  

Qeyd edək ki, AFFA bir müddət öncə istedadlı futbolçunu milliləşdirmək üçün addın atıb.  Amma Orkun Hollandiya millisini seçməyi üstün tutub.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right