İspaniyadan rekord göstərici 1029 dəqiq ötürmə

İspaniya millisi DÇ-2018-in 1/8 final mərhələsinin Rusiya ilə oyununda tarixi göstəriciyə imza atıb.

Newsport.az-ın məlumatına görə, ispanlar matçın gedişində 1137 ötürmə ediblər ki, bu da dünya çempionatları tarixində rekorddur. Bu ötürmələrin 1029-u (91 faizi) dəqiq alınıb. Rusiya yığmasının isə 285 ötürməsindən 202-si (71 faizi) dəqiq olub.

Qeyd edək ki, əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə bitən matçın penaltilər seriyasında Rusiyaya uduzan İspaniya mundialla vidalaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right