"İspaniya bizdən güclüdür, ona görə doğru taktika seçmək lazım idi" Çerçesov

“Təəssüratlarımız müsbətdir. Ancaq hələ işimizi yekunlaşdırmamışıq. Növbəti oyuna qədər zədəli futbolçularımızı sıraya qaytarmağa çalışacağıq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov DÇ-2018-in 1/8 final mərhələsinin İspaniya ilə oyunundan sonra deyib. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında daha dəqiq oynayan ev sahibləri adını 1/4 finala yazdırıb. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis bunları söyləyib:

“Bundan əvvəl İspaniya ilə oynamışdıq. İnsan onu nəyin gözlədiyini biləndə özünü daxilən hər şeyə hazırlayır. Vəzifəmiz komandanı 90 deyil, 120 dəqiqəyə hazırlamaq idi. İspaniya tək bizdən yox, hamıdan topu alır. Ona görə də düzgün taktika seçmək lazım idi. Məşqlərdə bunun üstündə işləmişdik. Ancaq son dəqiqələrdə gücümüz tükənmişdi. Nə etdiyimizi bilirdik. Onların bizdən güclü olduğunu dəqiq bilirik. Amma heç bir önəm kəsb etmir. Oyun göstərməlisən. Penalti zərbələri üzərində işləməmişdik. Nədənsə təkcə Dzyuba çalışmışdı”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right