"Qarabağ"ın rəqibində 5 ayrılıq

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində rəqibi olan Sloveniyanın "Olimpiya" klubu 5 futbolçu ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Lyublyana təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Olimpiya" Rok Vodişek, Mitç Apay, Ceyson Devidson, Dario Kanaja və Rikardo Alveslə vidalaşıb. 
 
Vodişek, Apay və Alveslə müqavilələri iyunun 30-da başa çatıb və yeni anlaşma imzalanmayıb. Kanaka ilə Devidson isə Xorvatiyanın "Riyeka" klubuna icarəyə verilib. 
 
Xatırladaq ki, "Olimpiya" "Qarabağ"la ilk matçını iyulun 11-də öz meydanında keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right