Qrizmann: "Uruqvay "Atletiko" kimi oynayacaq"

Fransa milli komandasının hücumçusu Antuan Qrizmann dünya çempionatının 1/4 final mərhələsində rəqibləri olan Uruqvay haqda danışıb.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı forvardcənubi amerikalıların "Atletiko"nun üslübunda oynadığını deyib. O, belə oyuna Madrid klubunda öyrəşdiklərini bildirib:

"Uruqvay "Atletiko" kimi oynayacaq. Biz buna öyrəşmişik. Matçı sıxıcı hala gətirmək istəyib bizi buna məcbur edəcəklər. Vaxt aparmağa çalışacaqlar. hakimə etiraz edəcəklər. Bu onların oyun üslubudu, amma biz də "Atletiko"da eyni şeyi edirik".

Qeyd edək ki, Fransa - Uruqvay qarşılaşması 6 oyul tarixində baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right