"Qəbələ" ilə "Astana"nı heç vaxt müqayisə etməyəcəyəm" - Qriqorçuk

“Qəbələ” ilə “Astana”nı heç vaxt müqayisə etməyəcəm”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Astana”nın baş məşqçisi Roman Qriqorçuk klubun rəsmi saytına açıqlamasında deyib. Qazaxıstan çempionatının son turunda “Ordabaşı”nı 5:3 hesabı ilə məğlub etdikləri oyunu şərh edən ukraynalı mütəxəssis yerli jurnalistlərdən birinin “sabiq klubunuz “Qəbələ” ilə “Astana”nı müqayisə edə bilərsinizmi” sualına bu cür cavab verib:

“İşlədiyim bütün komandalar və futbolçular mənə çox əzizdirlər, hər birini sevirəm. Onları o qədər sevirəm ki, heç kimlə müqayisə edə bilmərəm. Onlar mənim üçün ən yaxşı olaraq qalırlar. İndi mənim komandam “Astana”dır. Hansı ki, mən onu möhkəm sevdim və bu komanda üçün çox şeyi qurban verməyə hazıram”.

Qeyd edək ki, Qriqorçuk mövsümün sonunda “Qəbələ”ni “Astana”ya dəyişib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right