"Qarabağ"ın maraqlandığı futbolçunun agentindən AÇIQLAMA

"Qarabağ"ın "Verona"ya təklif göndərdiyi Nikolya Andradeninin agenti Joao Santos açıqlama verib.

Newsport.az-ın məlumatına görə, agent "Qarabağ"ın braziliyalı qolkiperin üçün 300 min avro təklif göndərdiyini deyib:

"Hazırda danışıqlar gedir. Anlaşa biləcəyimizi də deyə bilmərəm. "Qarabağ" bu transferdə ciddidir. Ancaq burada maneə də var. "Verona" Andradenin gələcək satışından 50 faiz qazanmaq istəyir və bu şərtin müqavilədə yer almasını irəli sürüb. "Qarabağ" isə buna müsbət yanaşmır".

Qeyd edək ki, 30 yaşlı braziliyalı qapıçı 2010-cu ildən "Verona"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right