"Ona görə burdayıq ki, ən azı finala qədər gedək” - Tabares

“Bizim üçün asan olmadı. Xüsusilə də ikinci hissənin əvvəllərində rəqib qol vurduqdan sonra daha çətin oldu. 

Newsport.az-ın məlumatına görə, bu sözləri Uruqvay millisinin baş məşqçisi Oskar Tabares DÇ-2018-in 1/8 finalında Portuqaliyaya qalib gəldikləri oyundan (2:1) sonra keçirdiyi mətbuat konfransında deyib.
 

O, komandasının uğurlu çıxışının sirrini açıqlayıb: “Hər komandada istedadlı futbolçular var. Ancaq bizdə hər şey özünəinamın hesabında olur. Komandam bilir ki, meydana nəyə görə çıxır. Mən bir az gecikmişdim. Ancaq komandamızın kapitanı Dieqo Qodin futbolçularla danışmışdı. Onlara demişdi ki, biz atamıza, anamıza, qardaşımıza, bacımıza və ölkəmizə görə oynayırıq. Meydana çıxın və gücünüzü əsirgəməyin. Futbolçular da bunu etdilər”. 

Tabares 1/4  finalda qarşılaşacaqları Fransa millisi haqda da danışıb: “Biz heç kimdən qorxmuruq. Fransa çox ciddi rəqibdir. Ancaq indi onları geniş analiz edə bilmərəm. Argentina ilə oyunlarına baxmamışam. Bizə asan olmayacaq. Ancaq Uruqvay bu işin öhdəsindən gəlməyi bacarar. Biz ona görə burdayıq ki, ən azı finala qədər gedək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right