"Trabzonspor"un prezidentindən Ramil Şeydayev açıqlaması

Millimizin üzvü Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubundan ayrılmağa yaxındır.

Newsport.az-ın məlumatına görə, 22 yaşlı forvardın Avstriyanın "Mattersburq" klubuna transferi gözlənilir. "Bordo-mavililər"in prezidenti Əhməd Ağaoğlu açıqlamasında Şeydayevi satmağa hazır olduqlarını deyib: "Anlaşması başa çatan futbolçularla yolları ayırdıq. Matuş Bero və Ramil Şeydayevə isə başqa klublarla danışıqlar aparmağa izn vermişik. Onların keçidi ilə bedcəmizə 8-8,5 milyon avro qənaət edə bilərik. Onlar üçün istədiyimiz şərtləri edən klub olsa, transferə razılıq verəcəyik".

Qeyd edək ki, Ramil Şeydayev ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right