Qərarını verdi: AFFA və “Kəpəz”dən ali quruma şikayət edəcək

Braziliyalı futbolçu Dieqo Qusmao “Kəpəz”dən müqaviləsində qeyd olunan pulu ala bilmir.

Newsport.az-ın məlumatına görə, “Kəpəz”in oyunçuya 18 min manat civarında borcu var. Çempionat 40 gündür başa çatsa da, oyunçu hələ də Bakıdadır. Onun Azərbaycanı tərk etməməsinin səbəbi pulunun olmamasıdır. Bizdə olan son məlumata görə, Dieqo Qusmao borc alıb və Bakıda tutduğu kirayə mənzildə qalır. Mövcud durumla əlaqədar olaraq, AFFA-nın “Kəpəz”ə göndərdiyi İslam Abbasovla görüşən oyunçu heç nəyə nail ola bilməyib. Daha sonra 3 dəfə federasiyaya müraciət edən Dieqo belə demək mümkünsə, yola verilib. 

Bu durum isə oyunçu üçün dözülməzdir. Dieqo bununla əlaqədar olaraq federasiya və klubdan FİFA-ya şikayət edəcək.

Qeyd edək ki, Dieqo Qusmao Azərbaycanda “Kəpəz”dən öncə “Xəzər Lənkəran” və “Zirə” klublarında forma geyinib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right