Elyunussi Premyer Liqa klubuna transfer oldu

İngiltərə Premyer Liqasında çıxış edən "Sauthempton" yeni transferlə heyətini gücləndirib.

Newsport.az-ın məlumatına görə, "qırmızı-ağlar" "Bazel"in hücumameyilli yarımmüdafiəçisi Məhəmməd Elyunussini transfer edib. Bu transfer "Sauthempton"a 20 milyon avroya başa gəlib. Məhəmmədlə 5 illik müqavilə imizalanıb.

Qeyd edək ki, Norveç millisinin üzvü olan 23 yaşlı futbolçu 2016-cı ildə 3,2 milyon avroya "Bazel"ə "Molde"dən keçmişdi. Məhəmməd ötən mövsüm "Qarabağ"da çıxış edən Tarık Elyunussinin qardaşıdır. Tarık 6 ay icarə əsasında Ağdam təmsilçisində çıxış etdikdən sonra İsveçin AİK klubuna keçmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right