"Beşiktaş"ın futbolçusu Ukrayna klubunda

"Beşiktaş"ın qapıçısı Denis Boyko İstanbul klubundan rəsmən ayrılıb.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı futbolçu "Beşiktaş"la müqaviləsini qarşılıqlı şəkildə pozub. Boyko ötən mövsüm qış fasiləsində icarə əsasında çıxış etdiyi "Dinamo" ilə müqavilə bağlayıb. Ukrayna millisinin üzvü Kiyev təsmilçisi ilə 5 illik sözləşməyə qol çəkib.

Boyko 2016-cı ildə "Dnepr"dən 3,3 milyon avro qarşılığında "Beşiktaş"a keçmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right