"Qəbələ"ın sabiq çalışdırıcısı Rusiyada ən yaxşı məşqçi seçildi

Rusiya Premyer Liqasında 2017-2018 mövsümünün müxtəlif nominasiyalar üzrə qaliblərinin adları açıqlanıb. 

Newsport.az-ın məlumatına görə, "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin başa çatan mövsümün ən yaxşı məşqçisi seçilib.

71 yaşlı mütəxəssisin rəhbərlik etdiyi "Lokomotiv isə mövsümün ən yaxşı komandası olub.  "Krosnadar" klubunun futbolçusu Fyodor Smolov ən yaxşı oyunçu, MOİK-in yarımmüdafiəçisi Aleksandr Qolovin ən yaxşı gənc futbolçu adına layiq görülüb. 

"Lokomotiv" 2017-2018 mövsümündə Rusiya Premyer Liqasının qalibi olub. Yuri Syominin baş məşqçisi olduğu kollektiv 14 ildən sonra bu uğuru təkrarlaya bilib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right